Çin Tayvana silah satışına cavab olaraq beş Amerika şirkətinə qarşı yeni sanksiyalar elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“Sanksiyalar ABŞ-ın ciddi səhv addımlarının nəticəsidir” – deyə Çin Xarici İşlər Nazirliyi bəyanatında bildirib.
Təsirə məruz qalan şirkətlərə BAE Systems Land and Armament, Alliant Techsystems Operation, AeroVironment, ViaSat və Data Link Solutions daxildir.
Burhan,
KONKRET.az
