Çin Qırğızıstanla sərhədi BAĞLAYIRbackend

Çin Qırğızıstanla sərhədi BAĞLAYIR

Çin Qırğızıstanla sərhədi müvəqqəti bağlayır.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Bildirilir ki, ÇXR Əmək gününün qeyd olunması ilə bağlı tədbirlərlə əlaqədar Qırğızıstanla sərhədini müvəqqəti bağlayacaq.

Sərhəd, xüsusən də aprelin 29-dan mayın 1-dək bağlı olacaq.

“Çin tərəfinin təşəbbüsü ilə Çin Xalq Respublikasında Əmək Gününün qeyd olunması ilə əlaqədar aprel ayının 29-dan 1 may 2023-cü ilədək ”Qırğızıstan-Çin dövlət sərhədində yerləşən “Toruqart-avtodorojnı” və “İrkeştam-avtodorojnı” buraxılış məntəqələri müvəqqəti olaraq bağlanac”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.

Departamentdən bildirilib ki, şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçidi mayın 2-dən bərpa olunacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*