İndoneziyada keçirilən G20 Sammitində Çin Sədri Si Cinpinlə Kanadanın Baş naziri Castin Trüdo arasında gərgin anlar yaşanıb.
KONKRET.az “haberler.com” saytına istinadən xəbər verir ki, sammitin keçirildiyi salonda Trüdo ilə qarşılaşan Cinpin Kanada Baş nazirini əvvəlki görüşləri saxtalaşdırmaqda və mətbuata sızdırmaqda ittiham edib:
“Müzakirə etdiyimiz hər şey mətbuata sızdı. Bu, yersizdir. Bizim hesabat sistemimizdə media yoxdur. Səmimiyyət olarsa, biz qarşılıqlı hörmətlə yaxşı ünsiyyət qura bilərik, əks halda nəticəni söyləmək asan olmayacaq”.
Trüdo fikir ayrılıqları olsa da, birlikdə işləməli olduqlarını bildirib.
“Səhvlər olsa belə, biz açıq və səmimi dialoqa inanırıq və davam edəcəyik. Razılaşmaya bilərik, lakin birlikdə işləməyə davam edəcəyik”, – deyə Trüdo bildirib.
Kanada Baş nazirininin sözünü kəsən Cinpin, “Danışmadan əvvəl şərtləri təyin edək” deyib.
İqbal Rzayev,
KONKRET.az