Çində dronları vurmaq üçün yeni sistem hazırlandı – VİDEObackend

Çində dronları vurmaq üçün yeni sistem hazırlandı - VİDEO

Çində pilotsuz uçuş aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi üçün yeni sistem hazırlanıb.

KONKRET.az xəbər verir ki, Beijing Ribri Technology şirkəti tərəfindən hazırlanan kompleks dronları aşkar etmək və onlara qarşı mübarizə aparmaq üçün eyni anda bir neçə sensor texnologiyasından istifadə edir.

Sistem ilk mərhələdə dronu mühərriklərinin xarakterik səsinə əsasən müəyyən edir. Daha sonra süni intellekt hədəfin tipini analiz edir və külək, quşlar və şəhər səs-küyü kimi müxtəlif maneələri real hədəfdən ayırır.

Bundan sonra istilik kameraları və optik kameralarla təchiz edilmiş modul pilotsuz uçuş aparatının koordinatlarını dəqiqləşdirir və onun hərəkətini real vaxt rejimində izləyir.

Dron aşkar edildikdən sonra əldə olunan məlumatlar onu sıradan çıxarmaq və ya ələ keçirmək üçün nəzərdə tutulan sistemlərə ötürülə bilər.

Beləliklə, yeni kompleks səs aşkarlanması, süni intellektlə hədəfin tanınması, optik və termal müşahidəni vahid sistemdə birləşdirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*