Şimali Koreya Rusiyaya yeni hərbi qüvvələr göndərməyə tələsmirbackend

Şimali Koreya Rusiyaya yeni hərbi qüvvələr göndərməyə tələsmir

Urayna hakimiyyətinin Rusiyaya daha 30–50 min Şimali Koreya hərbçisinin göndərilə biləcəyi ilə bağlı açıqlamalarına baxmayaraq, hələlik KXDR qoşunlarının yeni və genişmiqyaslı dislokasiyasına dair heç bir əlamət müşahidə olunmur.

KONKRET.az xəbər verir ki, Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin keçmiş rəhbəri Andrey Kovalenkonun fikrincə, işğal altındakı Ukrayna ərazilərində hücum əməliyyatlarında iştirak etmək Pxenyan üçün hələ də qəbuledilməz hədd, yəni “qırmızı xətt” olaraq qala bilər. Bununla belə, onun sözlərinə görə, Rusiya silah-sursat və digər hərbi yardımlarla bağlı hələ də Şimali Koreyadan asılıdır.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin direktor müavininin keçmiş müavini Han Gi Bom isə DW-yə açıqlamasında bildirib ki, döyüş əməliyyatlarının intensivliyinin azalması və qış mövsümünün başlaması Pxenyanın Rusiyaya yeni hərbi qüvvələr göndərməsi üçün ciddi əsaslar yaratmır.

Ekspertlərin qənaətinə görə, Şimali Koreya bundan sonra da Moskvaya silah və hərbi texnologiyaların tədarükü ilə dəstək verməyə davam edəcək. Bununla yanaşı, Pxenyan Çinlə sıx münasibətlərini də qoruyub saxlayacaq.

Belə strategiya Şimali Koreyaya Rusiya ilə hərbi əməkdaşlıqdan siyasi və iqtisadi dividendlər əldə etməyə, eyni zamanda özünü Ukraynadakı müharibənin nəticələrindən tam asılı vəziyyətə salmamağa imkan verir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*