Xəbər verdiyimiz kimi, tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.
KONKRET.az bildirir ki, Lent.az müğənninin həyat yoldaşı ilə əlaqə saxlayıb.
Bildirilib ki, V. Şıxəliyevin ürəyinə yayda stend qoyulub.
“Ürəyində stend var idi, on gün idi ağrıları vardı, müalicə alırdı. Amma müalicələr ona əks təsir edirdi, təzyiqi enirdi. Dünən yenə halı dəyişdi, oturduğumuz yerdə dedi ki, mənim halım pisdir. Bir anda ürəyi dayandı, kliniki ölüm keçirdi. Hal-hazırda “Məlhəm hospital”dadır. Beyni oksigensiz qaldığı üçün müalicə davam edir. Tək ümidimiz Allaha qalıb”.
