Bakıdan Təl-Əvivə uçan təyyarədə fövqəladə hadisə – TƏFƏRRÜATLARbackend

Bakıdan Təl-Əvivə uçan təyyarədə fövqəladə hadisə – TƏFƏRRÜATLAR

Bakıdan Təl-Əvivə uçan təyyarə hava limanına qayıtmaq məcburiyyətində qalıb.

Azərbaycandan İsrailə uçan AZAL təyyarəsi, İsrailin diplomatik münasibətləri olmayan bir ölkədən gələn heyət üzvünün göyərtəsində aşkarlanmasından sonra təyyarə hava limanına qayıtmaq məcburiyyətində qalıb.

KONKRET.az-ın xarici mediaya istinadən məlumatına görə, səbəb kimi İsrailin bu ölkə ilə diplomatik münasibətləri olmadığı üçün təyyarədə ekipaj üzvü kimi Tunis vətəndaşının olması ehtimal olunur.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ kəşfiyyat orqanları aviaşirkətlərə, yük daşıyıcılarına və hava limanlarına “Əl-Qaidə” və onun tərəfdarlarının Təl-Əvivə uçan Flydubai təyyarəsini qaçırmaq cəhdini təkrarlamaq çağırışları barədə xəbərdarlıq edib. Xəbərdarlıq Şükranlıq günü ərəfəsində – bayram dövründə verilib.

Hesabatın müəllifləri bəzi açıq nəşrlərin təyyarə qaçırma cəhdini nümunə kimi təqdim etdiyini və tərəfdarlarını dünyanın hər yerindəki Amerika və yəhudi hədəflərinə hücum edərək hərəkəti təkrarlamağa çağırdığını qeyd edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*