Çinin əsas rusiyapərəst məmuru bütün postlarını itirdibackend

Çinin əsas rusiyapərəst məmuru bütün postlarını itirdi

Çinin Rusiya ilə münasibətlərə nəzarət edən keçmiş xarici işlər nazirinin müavini Le Yuçenq Milli Radio və Televiziya Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.

KONKRET.az xəbər verir ki, “China Morning Post” qəzetinin yazdığına görə, 2019-cu ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə ilk dəfə Çin-Rusiya münasibətlərini “sərhədsiz dostluq” kimi xarakterizə edən Lae olub.

Qəzetin yazdığına görə, Le Yuçenq 60 yaşını tamamladıqdan bir ay sonra (Çində nazir müavinləri üçün rəsmi pensiya yaşı) vəzifəsini tərk edib. Eyni zamanda, hələ 2022-ci ilin iyununda o, Xarici İşlər Nazirliyində işindən uzaqlaşdırılıb. Bir neçə ay sonra, oktyabrda Le Yuçenq də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər siyahısından çıxarılıb.

Le Yuçenq 1980-ci illərdə Çin Xarici İşlər Nazirliyində SSRİ, sonra isə Rusiya ilə əlaqələr üzrə ixtisaslaşan şöbədə işə başlayıb. O, iki dəfə Çinin Moskvadakı səfirliyində işləyib. KİV-in məlumatına görə, Le Yuçenq Çin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizəd hesab edilib.

Onun karyera fiaskosunun mümkün səbəblərindən biri Ukrayna ilə müharibənin başlanacağını proqnozlaşdırmaqda aciz olmasıdır.

Berlindəki Mercator Çin Araşdırmaları İnstitutunun aparıcı analitiki Helena Leqardı yazır:

“Rusiya-Çin yaxınlaşmasının memarı olmuş və son illərdə bütün əsas ikitərəfli sazişlərin hazırlanmasında şəxsən iştirak edən Le Yuçenqin gedişi ilə Çin Xarici İşlər Nazirliyinin rəhbərliyində Rusiya üzrə bir dənə də peşəkar mütəxəssis qalmayıb”.

Helena Leqardı qeyd edir ki, Le Yuçenqin istefası Çinin xarici işlər naziri Qin Qanqın işdən çıxarılmasından bir neçə gün sonra baş verib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*