Çinli həkimlər Azərbaycana gəldi – FOTObackend

Çinli həkimlər Azərbaycana gəldi - FOTO

Avqustun 4-ü Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.

AZAL-dan KONKRET.az-a verilən məlumata görə, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib.

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

“Azərbaycan Hava Yolları”nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.

Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*