Stiv Cobsun ölümündən əvvəl söylədiyi deyilən sözlər: Sərvət, şöhrət və həyat haqqında acı həqiqətbackend

Stiv Cobsun ölümündən əvvəl söylədiyi deyilən sözlər: Sərvət, şöhrət və həyat haqqında acı həqiqət

56 yaşında mədəaltı vəzi xərçəngindən dünyasını dəyişən milyarder Stiv Cobsun son sözləri kimi təqdim olunan bu fikirlər insanı həyat, sərvət və xoşbəxtlik haqqında dərindən düşünməyə vadar edir.

“Nəhayət, başa düşürsən ki, var-dövlət sadəcə həyatının bir hissəsinə çevrilmiş bir vərdişdir. Xəstə yatağında uzanıb ömrümə nəzər salarkən anlayıram ki, qazandığım bütün şöhrət, nüfuz və sərvət qaçılmaz ölüm qarşısında mənasızdır. Onların heç biri həyatın əsl mənasını əvəz edə bilməz.

Özünüzə yaxşı baxın və başqalarına hörmətlə yanaşın.

Yaşlandıqca daha çox şey anlayırıq. Tədricən dərk edirik ki, 30 dollarlıq saat da, 300 dollarlıq saat da eyni vaxtı göstərir. 30 dollarlıq pulqabı da, 300 dollarlıq pulqabı da eyni miqdarda pul tutur.

150 min dollarlıq avtomobillə də, 30 min dollarlıq avtomobillə də eyni yolla gedir, eyni məsafəni qət edir və eyni ünvana çatırıq.

300 kvadratmetrlik evdə də, 3000 kvadratmetrlik malikanədə də yaşasanız, daxili tənhalığınız dəyişməyə bilər. Çünki insanın həqiqi xoşbəxtliyi maddi nemətlərdən qaynaqlanmır.

Təyyarədə birinci sinifdə də, ekonom sinifdə də uçmağınızın fərqi yoxdur. Təyyarə qəzaya uğrasa, hamı eyni təhlükə ilə üz-üzə qalacaq.

Ümid edirəm, demək istədiyimi anlayırsınız: əsl xoşbəxtlik yanınızda dostlarınızın, dərdinizi bölüşə biləcəyiniz insanların olmasıdır.

Həyatın beş mühüm həqiqəti:

1. Övladlarınızı varlı olmaq arzusu ilə deyil, xoşbəxt yaşamaq düşüncəsi ilə böyüdün. Qoy onlar böyüyəndə əşyaların qiymətini deyil, əsl dəyərini anlasınlar.

2. Yeməyi dərman kimi qəbul edin. Əks halda, bir gün dərmanları yemək əvəzinə qəbul etməli olacaqsınız.

3. Sizi həqiqətən sevən insanlar sizi heç vaxt asanlıqla tərk etməzlər. Onların sizi tərk etmək üçün yüz səbəbi olsa belə, qalmaq üçün bir səbəb tapacaqlar.

4. İnsan olmaqla insani keyfiyyətlərə sahib olmaq arasında böyük fərq var. Sadəcə yaşamaq kifayət deyil, insan kimi yaşamağı da bacarmaq lazımdır.

5. Əgər sürətlə getmək istəyirsinizsə, tək gedin. Amma uzağa getmək istəyirsinizsə, birlikdə yola çıxın!”\*

Həyatın ən böyük dərsi budur: İnsan dünyaya heç nə gətirmir, dünyadan da heç nə aparmır. Geridə qalan isə topladığımız sərvət deyil, insanlara göstərdiyimiz münasibət, qazandığımız hörmət, yaşatdığımız xatirələr və toxunduğumuz talelərdir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*