Daha bir dövlət Fələstini tanıdıbackend

Daha bir dövlət Fələstini tanıdı

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, hökumət fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial, eləcə də mədəni inkişaflarını sərbəst şəkildə davam etdirmək hüququnu dəstəkləyir.

Bəyanatda Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət kimi rəsmən tanıdığı bildirilib.

Qeyd edək ki, Barbados və Yamayka da aprel ayında Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*