Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş – TƏFƏRRÜATbackend

Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş - TƏFƏRRÜAT

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər – 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:

– 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;

– 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;

– 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;

– 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.

Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*