Devrilmiş prezident malyariyaya YOLUXDUbackend

Devrilmiş prezident malyariyaya YOLUXDU

Hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazum həyat yoldaşı və oğlu ilə birlikdə öz iqamətgahında həbsdə olarkən malyariyaya yoluxub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin sabiq xarici işlər naziri Asumi Məsud deyib.

Sabiq nazirin sözlərinə görə, hazırda Nigerdə ​​temperatur 40 dərəcədən yuxarıdır. Onların elektrik enerjisi və yemək saxlamaq üçün soyuducusu yoxdur. Sabiq prezident malyariyaya yoluxub və yaşayış şəraiti kifayət qədər ağırdır.

Bundan əvvəl “Bloomberg” məlumat yayıb ki, Bazum uzun müddətdir elektrik və su təchizatı olmayan iqamətgahdadır. Üsyançılar onu qida, su və elektrik enerjisindən məhrum edib.

Üsyançıların sözlərinə görə, Bazumun səhhəti yaxşıdır, o, digər ölkələrin liderləri və hökumət nümayəndələri ilə telefonla əlaqə saxlayır, lakin ona iqamətgahı tərk etmək qadağandır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*