İran danışıqlar üçün şərtini açıqladıbackend

İran danışıqlar üçün şərtini açıqladı

ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli istəyi arasında uyğunsuzluq var.

KONKRET.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

Pezeşkian Pakistan prezidenti ilə söhbətində Vaşinqtonun danışıqlara hazır olduğunu bəyan etməklə yanaşı, Tehrana təzyiq göstərməyə davam etdiyini qeyd edib. Onun fikrincə, belə bir siyasət həll yoluna xidmət etmir.

“İslam Respublikası təzyiq, təhdid və ya blokada altında məcburi danışıqlara girməyəcək”, – Pezeşkian vurğulayıb.

O, ABŞ-ni dialoqa maneələri, xüsusən də Hörmüz boğazının blokadasını aradan qaldırmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*