Dövlət Departamenti: “ABŞ-ın Ukrayna üçün ayırdığı yardımın 97 faizi tükənib”backend

Dövlət Departamenti: "ABŞ-ın Ukrayna üçün ayırdığı yardımın 97 faizi tükənib"

“Birləşmiş Ştatlar Ukrayna üçün mövcud maliyyə yardımının qalıqlarından istifadə edir, bu resursların təxminən 97%-i artıq tükənib”.

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib.

“Ayrılan vəsaitin 97%-dən çoxu tükənib və tezliklə tamamilə tükənəcək”, – deyə o bildirib.

Bənzər bir bəyanatı əvvəllər Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator postunu tutan Con Kirbi də vermişdi.

O, xüsusilə qeyd edib ki, Konqres bunun üçün əlavə pul ayırmasa, ABŞ-ın 2024-cü ildən Ukraynaya dəstək verməsi həqiqətən çətinləşəcək.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*