“ABŞ-ın Rusiya tərəfinə casusluqda təqsirli bilinən Pol Uilan və analoji ittihamla həbs edilmiş Evan Qerşkoviçin dəyişdirilməsi ilə bağlı təklifi rədd edilib”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
“Bir həftə keçmir ki, Paul və Evanı geri almaq üçün intensiv səylərimiz nüsbət nəticə vermədi. Bu təklif Rusiya tərəfindən rədd edildi”, cənab Miller bildirib.
Onun sözlərinə görə, Vaşinqton xaricdəki Amerika vətəndaşlarının azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Pol Uilan 2018-ci ildə Moskvada FSB əməkdaşları tərəfindən saxlanılıb. 2020-ci ildə o, casusluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi) 16 il müddətinə azadlıqdan məhrum edilib. Pol Uilan özü təqsirini etiraf etməyib. 2022-ci ilin dekabrında ABŞ onu ekstradisiya etmək niyyətini açıqlayıb.
2023-cü ilin martında jurnalist Evan Gerşkoviç Yekaterinburqda FSB əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı casusluq maddəsi ilə cinayət işi açılıb. FSB-nin məlumatına görə, cənab Gerşkoviç Amerika tərəfinin göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatları toplayıb. Jurnalist Moskvanın Lefortovo istintaq təcridxanasında saxlanılır.
Burhan,
KONKRET.az
