Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxundubackend

Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxundu

DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilmiş, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Azər Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.

Azər Bağırovun necə ifşa olunduğunun detalları açıqlanmayıb.

Qeyd edək ki, bu Azər Bağırovun ilk məhkumluğu deyil. O, daha əvvəl qəsdən adam öldürməyə cəhdə görə cəza çəkib.

Kriminal keçmişi olan azərbaycanlıların müxtəlif xarici xüsusi xidmət orqanları tərəfindən üçüncü ölkələrin ərazində örtük altında kəşfiyyat-təxribat əməllərinə cəlb olunması hallarına qarşı kompleks tədbirlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*