Dubay Şeyxi də “Pegasus”dan istifadə edib — Arvadını və qızlarını izləyibbackend

Dubay Şeyxi də "Pegasus"dan istifadə edib — Arvadını və qızlarını izləyib

Dubay Şeyxi keçmiş arvadını və qızlarını izləmək üçün “Pegasus” casus proqramından istifadə edib.

KONKRET.az “İsraelinfo”ya istinadla xəbər verir ki, “Pegasus” proqramı vasitəsilə Dubay şeyxinin qızı Lətifə Binat Məhəmməd əl-Məktum və keçmiş həyat yoladaşı Haye Bint Əl-Hüseynin də izlənildiyi məlum olub.

Qeyd edək ki, Lətifə Binat Məhəmməd əl-Məktum 2018-ci ildə Hind Okeanında yaxtada olarkən komandolar tərəfindən saxlanılıb və Dubaydan qaçmağa çalışıb. Həmin gündən şahzadə ictimaiyyət arasında görülməyib. Onun təhlükəsiz bir villada saxlanıldığı deyilir.

Haya Bint Əl-Hüseyin isə İordaniyanın hazırkı kralının bacısıdır. 2004-cü ildə Dubay şeyxi ilə evlənib və 2019-cu ildə uşaqları ilə birlikdə Londona qaçıb. Davamlı təhdidlər aldığı üçün xüsusi agentliyin himayəsində könüllü  məhbus olaraq yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*