Dünyada kartof istehsalı üzrə lider ölkələr – SİYAHIbackend

Dünyada kartof istehsalı üzrə lider ölkələr – SİYAHI

Dünyada ən çox kartof istehsal edən ölkələrin siyahısı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

2022-ci il üzrə hazırlanan hesabata görə, dünyada kartof istehsalı artaraq 374 777 763 ton təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 0,3 faiz deməkdir. 2021-ci ildə dünya üzrə kartof istehsalı 373 787,150 ton olub.

Hesabata əsasən, dünyada ən çox kartof istehsal edən ölkələr siyahısına Çin liderlik edib. Bu ölkə həmin il 95,57 milyon ton kartof istehsal edib. Bunun da həm əhalinin sayının çox olması, həm də ölkədə bu məhsula olan tələbatın kifayət qədər artması ilə əlaqəli olduğu bildirilir.

Qeyd olunan səbəblərlə əlaqəli olaraq, siyahıda ikinci ən çox kartof istehsalçısı ölkəsi olaraq Hindistan qərarlaşıb.

Ölkə İstehsal həcmi
Çin 95,57 milyon ton
Hindistan 56.18 milyon ton
Ukrayna 20.9 milyon ton
Rusiya 18.89 milyon ton
ABŞ 17.79 milyon ton
Almaniya 10.68 milyon ton
Banqladeş 10.14 milyon ton
Fransa 8,079 milyon ton
Pakistan 7,94 milyon ton
Hollandiya 6,92 milyon ton
Kanada 6.25 milyon ton
Misir 6.15 milyon ton
Polşa 6.03 milyon ton
Peru 6.02 milyon ton
Türkiyə 5.20 milyon ton

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda isə fermerlər tərəfindən 1 milyon 074 min 300 ton kartof istehsal olunub. Azərbaycandan 2022-ci ildə 35,1 milyon dollarlıq 78,3 min ton kartof ixrac edilib. Ölkəmizdə kartofçuluğun inkişafı dövlət tərəfindən dəstəklənir. Kartof əkən fermerlərə həm əsas, həm təkrar əkinlərə görə subsidiya ödənilir.

İqtisadiyyat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*