Türkiyə F-16-ları Azərbaycanda…backend

Türkiyə F-16-ları Azərbaycanda...

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.

“Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur”, – paylaşımda bildirilib.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*