Şəhla müəllim işdən çıxıb? – Vəkilindən açıqlamabackend

Şəhla müəllim işdən çıxıb? – Vəkilindən açıqlama

“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb. 

KONKRET.az xəbər verir ki, modern.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Əli Şirinovun ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.

İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. “İdrak” Liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar.

Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

***

Məsələ ilə bağlı Şəhla Kamilovanın vəkili Vüqar Əliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır”.

Qeyd edək ki, bir neçə gün öncə “Qafqazinfo”da müəllimlə hadisəni törədən şagird arasında barışıq əldə olunduğuna dair məlumat dərc olunmuşdu. Məqalədə qeyd edilmişdi ki, barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim olunub.

Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” Liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.

  • səbuhi
    Aprel 28, 2026 - 16:31

    London?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*