Dünyanın ən güclü 5 qadını… – SİYAHIbackend

Dünyanın ən güclü 5 qadını... - SİYAHI 

Forbes jurnalı 2023-cü ildə ən nüfuzlu 100 qadının reytinqini dərc edib.

KONKRET.az xəbər verir ki, siyahıda ilk beşliyə müğənni Taylor Svift, İtaliyanın baş naziri Giorgia Meloni, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Avropa Mərkəzi Bankının sədri Kristin Laqard və Avropa Komissiyasının sədri Ursula fon der Leyen başçılıq edir.

Bundan əlavə, yaranma tarixində ilk dəfə olaraq Forbes reytinqində qəribə personaj yer alıb. Bu, ilin əsas premyeralarından birinin baş qəhrəmanına çevrilən Barbie kuklasıdır.

“Barbie siyahıda ən sonuncu – 100-cü yerə layiq görülsə də, ilin güclüləri siyahısında yer ala bilib” – deyə Forbes müəllifləri bildirib.

Maraqlıdır ki, filmi milyard dollardan çox gəlir əldə edən “Barbie” rejissoru Qreta Qerviq reytinqə daxil edilməyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*