Alimlər Meksikanın Yukatan yarımadasının cənub-şərq sahillərində 274 metr dərinliyində nəhəng mavi dəlik aşkar ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dərinliyinə görə bu, Çində Sanşa Yonqledə aşkar edilmiş 300 metrlik çuxurdan sonra ikinci yerdədir.
Məlumata görə, dəlik ilk dəfə 2021-ci ilin sentyabrında aşkarlanıb, lakin araşdırma bu ilin fevralında dərc edilib. Yukatan mavi dəliyinə “Tam Xa” (Taam ja) – mayya dilində “dərin su” adı verilib.
Alimlərin hesablamalarına görə, çuxurun səthinin sahəsi 13690 kvadratmetrdir. Mavi dəlik dəniz səviyyəsindən təxminən beş metr aşağıdadır.
İqbal Rzayev,
KONKRET.az
