Dünyanın ikinci ən varlı adamı Trampı dəstəkləyəcəyinə eyham vurdubackend

Dünyanın ikinci ən varlı adamı Trampı dəstəkləyəcəyinə eyham vurdu

Məşhur biznesmen Elon Mask bu yaxınlarda eks-prezident Donald Trampla görüşdüyünü təsdiqləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə milyarder CNN-in keçmiş aparıcısı Don Lemona müsahibəsində bildirib.

“Gələcəkdə prezidentliyə namizədi dəstəkləməyə hazırlaşırmı?” sualına o, belə cavab verib: “Bəlkə son mərhələdə, amma hələ bilmirəm”.

Biznesmen hazırkı prezident Co Baydenin namizədliyini dəstəkləməkdən “uzaqlaşdığını” söyləyib.

Forbes-in məlumatına görə, Maskın sərvəti, 194,2 milyard dollardır. O, LVMH-nin baş direktoru Bernard Arnaultdan (234,8 milyard dollar) sonra dünyanın ən varlı adamları siyahısında ikinci yeri tutur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*