Ebola yenidən can alır: Ölənlərin sayı 60-a çatdıbackend

Ebola yenidən can alır: Ölənlərin sayı 60-a çatdı

Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola qızdırması epidemiyası zamanı ölənlərin sayı 60-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Rəsmi təsdiqlənmiş məlumatlara əsasən, Ebolaya yoluxanların sayı 344 nəfərə yüksəlib. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı 48 təsdiqlənmiş ölüm və 321 yoluxma faktı barədə məlumat vermişdi.

Ebola xəstəliyinin 17-ci dalğası KDR-da mayın 15-də başlayıb. Xəstəliyin ocağı ölkənin şərqində yerləşən İturi vilayətidir. Ebola halları Uqanda ilə həmsərhəd olan bu bölgədə qeydə alınıb.

Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün monitorinq və nəzarət tədbirlərini davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*