Əfqanıstan İŞİD-in mərkəz nöqtəsinə çevrilib: “Taliban” məlumatı təkzib edibbackend

Əfqanıstan İŞİD-in mərkəz nöqtəsinə çevrilib: "Taliban" məlumatı təkzib edib

Əfqanıstan Amerika qoşunlarının çıxarılmasından il yarım sonra İŞİD üçün mərkəzə çevrilib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Bildirilib ki, terrorçular kimyəvi silahların yaradılması və pilotsuz uçan aparatlara nəzarət barədə məlumat almağa cəhd edib.

Nəşr yazır ki, İŞİD Avropa və Asiyada terror aktları həyata keçirmək üçün Əfqanıstanda planlar qurur.

Qeyd olunub ki, terrorçular Belçika və ya Fransada iraqlı diplomatları oğurlamaq və 4 min döyüşçünün azad edilməsini tələb etmək istəyiblər.

Öz növbəsində “Taliban”ın sözçüsü Zabihullah Mücahid bildirib ki, İŞİD-lə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“ABŞ Müdafiə Nazirliyinin saxta sənədi (Əfqanıstana qarşı) davam edən təbliğat kampaniyasının bir hissəsidir. Bu cür əsassız iddiaların və sənədlərin dərci əfqanların dinc yaşamasını istəməyən kəşfiyyat orqanlarının işidir”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*