Taliban hökuməti Pakistanın Əfqanıstan ərazisinə iki hava hücumu reallaşdırıb. Nəticədə 8 qadın və uşaq həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“The Xorasan Diary” portalının məlumatına görə, zərbələr “Təhrik-i-Taliban Pakistan” radikal qruplaşmasının yaraqlılarının sığınacaqları və düşərgələrinə endirilib. Zərbələrin hədəfi Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı Ləman (Paktika əyaləti) və Paşa Mella (Xost əyaləti) yaşayış məntəqələri olub.
Təşkilat sözçüsü Zabihullah Mücahid deyib: “Təxminən səhər saat 3:00 radələrində aviasiya Pakistanla sərhədə yaxın Xost və Paktika əyalətlərində mülki əhalinin evlərini bombalayıb”.
Ölkə hökumətinin sözçüsü hücumları qətiyyətlə pisləyib və bunu ölkənin suverenliyinin pozulması adlandırıb. Pakistan ordusu və xarici işlər nazirliyi “Reuters”in sorğusuna cavab verməyib.
Ariz Həsənoğlu,
KONKRET.az
