Əfqanıstanda məsciddə terakt: 47 nəfər öldü – VİDEO / YENİLƏNİBbackend

Əfqanıstanda məsciddə terakt: 47 nəfər öldü - VİDEO / YENİLƏNİB

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

16:17

Əfqanıstanın qərbindəki Herat şəhərində məsciddə cümə namazı zamanı partlayış baş verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

Partlayış nəticəsində Taliban tərəfdarı olan Herat məscidinin imamı Mövləvi Mucib Rəhman Ənsari dünyasını dəyişib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Taliban sözçüsü Zəbihullah Mücahid Ənsarinin ölümündən dərin kədərləndiyini və cinayətkarların tutularaq cəzalandırılacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*