Əfqanıstanda son sutkada 200-ə yaxın terrorçu MƏHV EDİLİBbackend

Əfqanıstanda son sutkada 200-ə yaxın terrorçu MƏHV EDİLİB

Əfqanıstan hökumət qüvvələri ötən sutka ərzində təqribən 200 terrorçunu zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, 191 terrorçu zərərsizləşdirilib, 154-ü isə yaralanıb.

Son sutka ərzində hərbi əməliyyatlar Paktiya, Qilmend, Qanzi, Host, Qəndahar, Nimruz və Takar bölgələrində gedib. Bundan başqa, əfqan qüvvələr 14 əldəqayırma partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib.

Qeyd edək ki, “Taliban” hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*