Əfsanəvi amfibiya iş başında. Yanğınsöndürənlərimiz yeni ocaqları ləğv etdi (VİDEO)backend

Əfsanəvi amfibiya iş başında. Yanğınsöndürənlərimiz yeni ocaqları ləğv etdi (VİDEO)

Manevr qabiliyyəti yüksək olan amfibiya yanğınların söndürülməsi üçün ideal vasitələrdən biri hesab edilir.
4 nəfərlik komandanın idarə etdiyi hava gəmisi alov nöqtələrinə çox yaxın məsafədən uçaraq suyu alovun üzərinə boşaldır.

Təyyarənin içində bu anı yaşamaq isə başqa bir həyəcandır. Bütün uçuşlar Türkiyə tərəfindən nümayəndələrin iştirakı ilə baş tutur.

KONKRET.az-ın məlumatına görə, Türkiyədə meşə yanğınları ilə mübarizə hələ də davam edir. Azərbaycan Prezidentinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvəsi, 1 helikopter və 1 amfibiyası yanğınlarla mübarizədə iştirak edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*