“Əgər mən getsəydim…” – Zelenski Ukraynanı tərk etməməsinin ƏSL SƏBƏBİNİ AÇIQLADI – VİDEObackend

"Əgər mən getsəydim..." - Zelenski Ukraynanı tərk etməməsinin ƏSL SƏBƏBİNİ AÇIQLADI - VİDEO

“Müharibə başlayandan Kiyevi tərk etmək ağlıma belə gəlməyib”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.

Zelenki qeyd edib ki, o, ölkəsinə və vətəndaşlarına biganə qala bilməz, onları tərk edə bilməz:

“Mən də onlardan biriyəm. Necə istefa verə bilərəm? Bu, qeyri-mümkündür. Mənim belə bir düşüncəm belə ola bilməzdi. Prezident olmasaydım da, belə düşünərdim, davranardım, Ukraynada olardım. Mən hər şeyi tərk edə bilərəmmi? Qətiyyən!”.

Zelenski bildirib ki, bu, onun üçün böyük məsuliyyətdir, həm də Rusiya onun Kiyevi tərk edəcəyini düşünüb ölkədə birliyi pozmaq üçün addımlar atacaqdı:

“Bunun çox böyük əhəmiyyəti var. Əminəm ki, bu, ölkəmizdə sabitliyi pozmaq üçün atılan addımlardan biri olardı – bu, mütləq parçalanma olardı və Silahlı Qüvvələr, Prezident və xalq vahid mövqedə olmazdı. Hər şey Ukrayna üçündür”.

Zelenski Ukraynanın qələbəsinə ümidli olmadığını bildirib:

“Mən Ukraynanın qələbəsinə ümid etmirəm, mən buna əminəm!”

Qeyd edək ki, ötən gün Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsi idi.

Məlumat üçün bildirək ki, “Neptun” raketləri ilə vurulan Rusiyanın “Moskva” kreyseri Ukrayna ilə iki aylıq müharibədə ruslar üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn “Neptun” raketlərinin iki məqsədyönlü atışı Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.

Xatırladaq ki, Bu gün Rusiya Ukrayna müharibəsinin 51-ci günüdür. Rusiya hələ də müharibədə uğur qazana bilməyib. Ukrayna bəzi ərazilərini işğaldan azad edib. Cəbhədə gərgin döyüşlər davam edir.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*