Ukraynada rusiyapərəst qadın azyaşlı uşaqlarını döyüş bölgəsindən çıxardıqdan sonra evə qayıdıb. O, evinə girərkən gördüyü mənzərədən şoka düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər internetdə yayılıb.
Belə ki, “kadırovçular” Rusiya ordusunu Ukraynaya çağıran Donetsk vilayətinin rusiyapərəst sakininin evini qarət edib.
Yayımlanan videoda bir qadının təxminən 4 dəqiqə ərzində evinə gələn “kadırovçular”dan evini niyə qarət etdiklərini soruşur.
Ukraynalı qadın azyaşlı uşaqlarını döyüş bölgəsindən çıxararaq evə qayıdıb. Ancaq evdə o, Ramzan Kadırovun döyüşçülərinin pulemyotlu dəstəsini, otaqlarda isə əşyaları olan bağlamaları görüb. “Kadırovçular” onları aparmağa çalışıblar, lakin ev sahibinin qəfil gəlişi planlarını həyata keçirməyə mane olub.
Onlar iddia ediblər ki, sadəcə gecələyiblər, çünki qonşular burada heç kimin yaşamdığını deyiblər.
Daha sonra qadın evin ətrafını dolaşıb, otaqları gəzib, “qonaqların” aparmağa hazırlaşdıqları əşya və əmlakı lentə alıb.
“Uşaqlar, düşünürdüm ki, bizi müdafiə edəcəksiniz. Düzünü desəm, xoşbəxt idim. Sizin üçün canfəşanlıq etdim, siz nə etdiniz?”, – deyə o təəssüflənib.
Qadın əlavə edib ki, atası cəbhədə döyüşürdü və qardaşı da orada ölüb.
Daha sonra qadın əri ilə “kadırovçular”ın evdəki seyfi apardığını müəyyən edib.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
