Elmar Qasımov YAP İdarə Heyətinin üzvü SEÇİLDİbackend

Elmar Qasımov YAP İdarə Heyətinin üzvü SEÇİLDİ

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən növbədənkənar VII qurultayında mühüm dəyişikliklər edilib. Partiyanın Siyasi Şurası ləğv olunub, İdarə Heyəti üzvlərinin sayı iki dəfə artırılaraq, 20 nəfərdən 40 nəfərə çatdırılıb. Habelə, hakim partiyada yeni qurum – Veteranlar Şurası yaradılıb.

KONKRET.az xəbər verir ki, YAP-ın kollegial orqanı olan İdarə Heyətinin yeni üzvlərindən biri də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur.

O, daha əvvəl Siyasi Şuranın üzvü idi. Rektor qurultayda ləğv olunan bu qurumdan hakim partiya rəhbərliyinə irəli çəkilən azsaylı üzvlərdən biridir.

Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) “Coğrafiya” fakültəsini, 2002-ci ildə isə “Hüquq” fakültəsini bitirib. 2006-cı ildə Elmar Qasımov aspiranturanı bitirərək namizədlik dissertasiyasını müdafiə edib, coğrafiya elmləri namizədidir. 1995 – 1999-cu illərdə BDU Tələbə Həmkarlar Komitəsinin sədri, 1999 – 2012-ci illərdə Universitetdə müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1999 – 2011-ci illərdə Təhsil nazirinin müavini, 2011-2012-ci illərdə Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifələrində işləyib. Elmar Qasımov 10 aprel 2012-ci ildə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, 5 mart 2021-ci il tarixdən isə İdarə Heyətinin üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*