Əməkdar jurnalistin “Tunel” romanı çapdan çıxıbbackend

Əməkdar jurnalistin “Tunel” romanı çapdan çıxıb

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamından bəhs edən “Tunel” romanı çapdan çıxıb.

KONKRET.az xəbər verir ki, romanda qətliam zamanı ailəsi və yaxınları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə yaralanan bacı-qardaş – Yeganə və Müşfiq İbrahimovların ağır girovluq həyatından bəhs olunur. Romanda qəhrəmanların timsalında o dövrün faciəvi hadisələri, insan yaşantıları, ağır psixoloji sarsıntı keçirən girovların yaşamaq uğrunda qəhrəmanlıq mübarizəsi əks olunub.

Qeyd edək ki, Yunis Orucovun daha öncə çap edilən “Nargin – saralmış kədər” və “Boraltan – azadlığın tələsi” tarixi romanları böyük oxucu marağı qazanıb. Müəllifin hər üç kitabı MİMTA Yayımları tərəfindən çap edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*