Ən ağrılı qış başlayır: tarix verildi – Əhaliyə xəbərdarlıqbackend

Ən ağrılı qış başlayır: tarix verildi – Əhaliyə xəbərdarlıq

Ukraynanın şəhərləri qarşıdan gələn qışda elektrik, istilik və su təchizatında ciddi fasilələrin yarana biləcəyi ssenariyə hazırlaşır.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu Lvov şəhərinin meri Andrey Sadovıy “Obşçestvennoye” nəşrinə müsahibəsində bildirib.

O deyib ki, ölkənin bütün şəhərləri genişmiqyaslı hücumlar ehtimalını nəzərə alaraq hazırlıq görür:

“Elektrik enerjisinin qəfil tamamilə kəsilməsi, istilik və su təchizatında problemlərin yaranması mümkündür. Artıq qış gəlib və yaxın bir ay ərzində hava daha da soyuyacaq. Şəhərlər belə ağır şəraitdə fəaliyyət göstərməyə hazır olmalıdır”.

Qeyd edək ki, bir qədər əvvəl “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, Kiyev sakinləri münaqişə başlayandan bəri ən sərt qışa hazırlaşır, bəziləri isə paytaxtı tərk edir.

“Ekonomiçeskaya Pravda” nəşri isə ən pis ssenaridə Kiyevdə elektrik kəsintilərinin sutkada 20 saata qədər davam edə biləcəyini yazıb.

Ukraynanın baş naziri Sergey Koretski də qarşıdan gələn qışın ölkə və əhali üçün əsas sınaqlardan biri olacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*