Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qeyd olunub:
“İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzasından dərin kədər hissi keçirirəm.
Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığı verirəm.
Xəsarət alanların hamısına tezliklə sağalmalarını arzulayıram”.
