Sabunçu və Nəsimi rayonlarında yaşayanların NƏZƏRİNƏbackend

Sabunçu və Nəsimi rayonlarında yaşayanların NƏZƏRİNƏ

Oktyabrın 29-da təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Sabunçu və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində və Ümid qəsəbəsində, həmçinin Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*