Sentyabrın 9-dan 10-dək Hindistanda keçirilən G20 liderlərinin sammiti zamanı Türkiyə və Fransa prezidentləri arasında qısa söhbət olub .
KONKRET.az xəbər verir ki, xüsusilə Makron jurnalistlərlə görüşdən qayıdarkən dəhlizdə Ərdoğanla görüşüb və ona Liviya məsələsini bir daha müzakirə etməyi təklif edib.
Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq Fransa prezidentini Türkiyəyə səfərə dəvət edib. Makron bu təklifi müsbət qarşılayıb.
Xatırladaq ki, Makronun daha əvvəl belə bir təklif irəli sürdüyü, lakin Ərdoğanın Türkiyədə olmaması səbəbindən həyata keçirilmədiyi bildirilir.
Ariz Həsənoğlu,
KONKRET.az