Erməni mediasında növbəti VAY-ŞÜVƏN – KTMT ölkəsi Azərbaycanı qələbə münasibətilə TƏBRİK ETDİbackend

Erməni mediasında növbəti VAY-ŞÜVƏN - KTMT ölkəsi Azərbaycanı qələbə münasibətilə TƏBRİK ETDİ

Erməni mediasında yenə vay-şüvən qopub.

KONKRET.az xəbər verir ki, bu gün Azərbaycan və Özbəkistan prezidentlərinin Daşkənddə görüşü keçirilib və burada Heydər Əliyevin adını daşıyan əsaslı küçənin açılışı olub.

Ermənilərin yeni səs-küyünə, kədərinə səbəb olan möhtəşəm hadisə baş verib. KTMT ölkəsi Əliyevi Qarabağdakı müharibənin nəticələrinə görə təbrik edib.

Ermənilər yenə adəti üzrə özlərinə əl qatıb, əlləri çatan hər yerə giley-güzar, umu-küsü dolu “bəyanat”lar yazırlar. Rusiya telekanalının Qarabağdan reportajını həzm etməmiş, növbəti “zərbə”ni müttəfiqlərindən alıblar. Gözlərinə yuxu getməyən qonşularımızın budəfəki “hədəf”i Özbəkistan Prezidentidir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevlə görüşü zamanı İkinci Qarabağ müharibəsində qardaş Azərbaycan xalqını tarixi qələbə münasibətilə təbrik edib.

“Hörmətli” qonşularımızın nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycanı qələbə münasibətilə kim istəsə təbrik edə bilər, həmçinin, KTMT üzvü olmayan Özbəkistan.

Xuraman Etibarlı,

KONKRET.az

  • veteran
    İyun 21, 2022 - 22:07

    Özbəkiistan KTMT üzvü deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*