İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, KSİR-in yaydığı bəyanatda Vaşinqtonun hərbi addım atacağı təqdirdə İran Silahlı Qüvvələrinin regiondakı ABŞ hərbi obyektləri və infrastrukturunu güclü zərbələrlə hədəfə alacağı bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın indiyədək nümayiş etdirdiyi təmkin nəticəsində toxunulmamış qalan hədəflər də məhv ediləcək.
SEPAH eyni zamanda bildirib ki, Hörmüz boğazı Tehran üçün “qırmızı xətt” hesab olunur və ABŞ-ın boğazın idarə edilməsi və nəzarəti məsələlərinə hər hansı müdaxiləsinə imkan verilməyəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
