“Fənərbağça”nın 2 futbolçsusu “yoxa çıxdı”: Telefonları açmırbackend

"Fənərbağça"nın 2 futbolçsusu "yoxa çıxdı": Telefonları açmır

Türkiyənin “Fənərbağça” klubunda müdafiəçi Diyeqo Karlosla bağlı gözlənilməz vəziyyət yaranıb.

KONKRET.az-ın milliaz-a istinadən məlumatına görə, 2025/26 mövsümündən əvvəl Topuk Yaylasında keçirilən hazırlıq düşərgəsinə qatılmalı olan futbolçu komandaya qoşulmayıb. Bildirilir ki, klub rəhbərliyi Diyeqo əlaqə saxlamağa çalışsa da, futbolçu telefon zənglərinə cavab vermir.

Ötən mövsümü icarə əsasında “Komo”da keçirən braziliyalı müdafiəçi uğurlu çıxışı ilə diqqət çəkmiş, komandasının UEFA Çempionlar Liqasına vəsiqə qazanmasında mühüm rol oynamışdı. İddialara görə, İtaliya təmsilçisi futbolçunun transfer hüquqlarını almağa hazırlaşır.

Buna baxmayaraq, “Fənərbağça” ilə müqaviləsi qüvvədə olan bütün futbolçuların mövsümöncəsi hazırlıq düşərgəsində iştirak etməsi tələb olunur. Bu səbəbdən klubun Karlosa intizam cəzası tətbiq edəcəyi gözlənilir.

Qeyd edək ki, buna bənzər hadisə 2024-cü ildə də yaşanmışdı. Həmin vaxt Joao Pedro da hazırlıq prosesinə qatılmamış, sonradan onunla müqaviləyə xitam verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*