Moskva Şəhər Məhkəməsində dövlət ittihamçısı erməni əsilli milyarder Oleq Mkrtçan üçün doqquz il həbs cəzası istəyib.
Konkret.az TASS-a istinadən xəbər verir ki, “Donbass Sənaye İttifaqı” korporasiyasının direktoru bir milyard rubl (27 milyon manat) dəyərində dələduzluqda ittiham olunur.
Mkrtçan Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə ittiham olunur. İstintaqın rəyinə görə, o, 2009-2013-cü illərdə xarici ofşor şirkəti vasitəsilə “Vneşekonombank”ın kredit-maliyyə vəsaitlərini mənimsəyib.
Məhkəmə sahibkarın səkkiz milyard rublluq (216 milyon manat) əmlakına da həbs qoyub.
Oleq Artuşeviç Mkrtçan erməni əsilli Rusiya milyarderidir (Armavirdə doğulub). 2012-ci ildə Ukraynanın 100 ən varlı adamları siyahısında 14-cü yeri tutub. Var-dövləti 1,25 milyard dollar dəyərində qiymətləndirilir.