Erməni nağıllarının sirli məqamları və ya “ay Gikos, vay Gikos” – FOTOLARbackend

Erməni nağıllarının sirli məqamları və ya "ay Gikos, vay Gikos" - FOTOLAR

Rəşad Nəsirov, əməkdar jurnalist

Nağıllar müxtəlif xalqların dünya görüşünün, mədəniyyətinin, inanclarının və əxlaqının əksidir. Uşaqlıqda eşitdiyimiz demək olar ki, hər bir əfsanənin dərin bir öyrədici və nəticə çıxarılacağı bir mənası var. Düşünürəm ki, elə bir körpə tapılmaz ki, bu sehrli hekayələrlə böyüməsin. Amma elə nağıllar da var ki, özlərində digərlərinə nifrət hissi və şüuraltı mənfi mənalar etiva edir.

Bunları ən çox erməni xalq nağıllarına aid etmək olar. Mən sovetlər birliyində anadan olmuşam. O zaman nə internet var idi, nə də ki, çoxsaylı televiziya kanalları. Baxtığımız yalnız rusiyanin iki və ölkədaxili bir dövlət kanalı idi. Və burada da arada bir ittifaqda yaşayan xalqların nağılları əsasında çəkilən cizgi filimləri nümayiş olunurdu, əsasən də erməni xalq nağılları. Onda bu nağıllar məndə anlaşılmazlıq hissi yaratsa da, sonradan onların əsl mənasını başa düşdüm.

Misal üçün o zaman populyar olan “Gikos” cizgi filmi. Deməli, günlərin bir günü erməni ailəsi evin balaca qızcığazını su dalınca göndərir. O, da su quyusuna yaxınlaşdığı zaman əlindəki dolçanı quyuya salır. Bu zaman təxminən 6-7 yaşı olan uşaq düşünür ki, böyüyəcəm, oğlum olacaq, adını qoyacam Gikos və onu su dalınca göndərəcəm, Gikos da gəlib quyuya düşüb öləcək. Və hönkürtü ilə ağlamağa və “ay Gikos, vay balam”, – deyə ağı deməyə başlayır. Zarıltıya ortancıl bacısı, sonra böyük bacısı və nəhayət qızcığazın valideynləri gəlir. Uşaq bu əhvalatı onlara nağıl edən kimi, hamısı ağız-ağıza verib hönkürüb “ay Gikos, vay balamız, sən niyə boğuldun”, – deyərək şivən qoparır.

İlk görünüşdə məntiqsiz bir mənzərə yaranır, lakin dərindən fikirləşəndə anlayırsan ki, insanlar (ermənilər) yığışıb özünə bir mif uydurur, dərhal bu uydurmaya-nağıla inanır və özlərini əzilmiş bədbin, incidilən bir xalq kimi qələmə verirlər. Digər bir misal “Kim hekayə danışacaq” multiplikasiya filmi. Günlərin bir günü xalqını daha nə üsulla qarət edə biləcəyini düşünən erməni çarı hekayələr müsabiqəsi elan edir. Bildirir ki, əgər danışılan hər hansı bir hekayəyə “inanmıram” desə, onda bunu danışan insana sərvətinin yarısını verəcək. Xalqının var-dövlətini hiylə ilə ələ keçirən hökmdara balaca bir uşaq kələk gəlir. Çar sonradan anlayır ki, özü xalqı üçün qazdığı tələyə düşüb. Burada da açıq aydın görünür ki, tarix boyu erməni xalqı uydurmaları ilə elə özü özünə kələk gəlir. Fikrimcə, erməni xalqı gələcəyi naminə bu nağıllara çox da uymamalıdır və reallığı dərk etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*