Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir.
KONKRET.az xəbər verir ki, sammitdə bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərləri iştirak edirlər.
Toptantının liderlərin çıxış etdiyi hissəsinin moderatoru Ermənistanın Baş naziri Nikol Paşinyandır.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
N.Paşinyan Azərbaycan liderini belə təqdim edib.
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev canlı videobağlantı vasitəsi ilə sammitə qoşulur. Buyurun, cənab Prezident!”.
Dövlət başçısı çıxışına başlamazdan öncə tədbir iştirakçılarını salamlayıb:
“Bakıdan salamlar!”.
Həmin anın videogörüntüsünün təqdim edirik.
***
Azərbaycan Prezidenti ilk dəfədir Ermənistanda keçirilən tədbirdə (onlayn formatda) iştirak edir.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib ki, artıq iki ildir Azərbaycanla Ermənistan arasında sülh mövcuddur və atışma nəticəsində heç kim xəsarət almayıb.
“Ötən dövr müstəqilliyimizdən bəri misli görünməmiş illərdir”, – Paşinyan vurğulayıb.
