Makron harada gəzir? Gümrüdə. Rusiyanın 102-ci bazası haradadır? Yenə Gümrüdə.
Ermənistan siyasətində simvolizm bəzən əndazəni aşır.
Fransa Prezidenti Emmanuel Makron Gümrüdə meydana çıxır, alqışlanır, “Fransa sizi sevir” deyir, Paşinyan isə məmnun halda ona erməni sevgisinin miqyasını göstərir.
Amma bu romantik səhnənin arxa fonunda çox maraqlı bir detal var: Gümrü sadəcə konsert meydanı deyil, həm də Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi şəhərdir.
Yəni Paşinyan və Makron “Avropaya doğru gedən Ermənistan” mesajını elə Rusiyanın hərbi mövcudluğunun ən görünən ünvanında verdilər.
Siyasi səhnə belə qurulmuşdu: meydanda Makron, tribunada Paşinyan, fonda isə Gümrü reallığı.
Bir sözlə, Parisin mesajı da, Moskvanın kölgəsi də eyni şəhərdə görüşdü.
Rəsmiyyə Şərifova,
KONKRET.az
