Rusiya sərhədçilərinin sərhədi mühafizə etməsi təhlükəli hadisəyə çevrilib.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu politoloq Stepan Danielyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin “Azərbaycana göstərilən yardım ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına cavab verir” açıqlamasına münasibət bildirərkən deyib.
Danielyan onu da qeyd edib ki, Ermənistanla İran arasında sərhədin Rusiya sərhədçiləri tərəfindən mühafizəsi təhlükəli hadisəyə çevrilib.
“Əslində Ermənistan bu siyasətin əleyhinədir, çünki getdikcə yaxınlaşan və artıq hərbi xarakter almağa başlayan İranla yaxşı münasibətləri var və orada Rusiya sərhədçiləri mövcuddur. Bu baxımdan, dövlət katibinin köməkçisinin sözlərindən belə çıxır ki, Ermənistanın mövcudluğu ABŞ-ın bu regiondakı siyasətinə ziddir”, – deyə Danielyan qeyd edib.
Günel Mikayılova,
KONKRET.az