Ermənistan hakimiyyəti Volodin və Lavrovun gəlişi ilə əlaqədar Fransa meydanındakı ÇADIRLARI SÖKÜRbackend

Ermənistan hakimiyyəti Volodin və Lavrovun gəlişi ilə əlaqədar Fransa meydanındakı ÇADIRLARI SÖKÜR

Ermənistan hakimiyyəti Volodin və Lavrovun səfərləri ilə əlaqədar Fransa meydanındakı çadırların sökülməsinə qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” müxalifət fraksiyasının deputatı Aqnessa Xamoyan Facebook səhifəsində yazıb. O bildirib ki, Ermənistan hakimiyyəti Dövlət Dumasının sədri Vyaçeslav Volodinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri ərəfəsində Fransa meydanında “Müqavimət” hərəkatının çadır şəhərciyini sökmək istəyir.

“Hərəkətini müxalifətin gündəminə uyğunlaşdırmaq məcburiyyətində qalan Nikol, bu gün nə mitinq, nə də yürüş planlaşdırılmadığını görüb, “ruh” papağını başına taxıb və 200-ə yaxın təhlükəsizlik əməkdaşının müşayiəti ilə gücləndirilmiş rejimdə insanların qarşısına çıxıb.

Bu elə həmin Nikoldur ki, Müqavimət hərəkatının hərəkətlərini sadəcə “logistik problem” hesab edirdi, lakin məsələn, hökumət binası qarşısına toplaşan bir neçə minin suallarını baş nazir cavablandırmaq üçün çıxmadı və ona qarşı xüsusi tədbirlər gördü. Mən onu demirəm ki, o, iyunun 3-də öz fraksiyasını parlamentin növbədənkənar iclasına göndərməkdən qorxdu.

İndi müxalifətin bu humanitar dəhlizindən Saryan küçəsinə çatan hakimiyyət artıq 2018-ci ilin eyforiyasına düşüb, şərabdan məst olub. Səhər ayılacaqlar, reallığa qayıdacaqlar və ondan əvvəl, məndə olan məlumata görə, Lavrov və Volodinin səfərləri ilə bağlı qərara alınıb ki, Fransa meydanından çadırlar polis tərəfindən götürülsün. Nikol, anla ki, “Place de France”da çadırlar olacaq, ya yox, ölkədə siyasi böhran dərinləşir və yeganə çıxış yolu sənin istefandır”, – Xamoyan yazıb.

Qeyd edək ki, bazar ertəsi İrəvanda KTMT PA Şurasının iclası keçiriləcək.

İclasa KTMT PA-nın sədri, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin sədrlik edəcək. İclas çərçivəsində KTMT-yə üzv ölkələrin parlament sədrləri ilə də görüşlər nəzərdə tutulub.

Bundan əvvəl Volodin Tacikistan parlamentinin aşağı palatasının sədri Mahmadtoir Zoir Zokirzoda ilə KTMT PA Şurasının iclasının gündəliyini müzakirə edib.

KTMT PA Şurası assambleyanın fəaliyyətini təşkil edir və Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan parlamentlərinin rəhbərlərindən (parlamentlər palatalarının rəhbərlərindən) ibarətdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*