Tramp Netanyahunun gələcək hökumətindən Ben-Qvir və Smotriçi kənarlaşdırmaq istəyir – ŞOK PLANbackend

Tramp Netanyahunun gələcək hökumətindən Ben-Qvir və Smotriçi kənarlaşdırmaq istəyir - ŞOK PLAN

ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun gələcək hökumət kabinetində kəskin sağçı siyasətçilərin təmsil olunmasına qarşı sərt mövqe nümayiş etdirir.

KONKRET.az xəbər verir ki, “Ynet” nəşrinə istinadən, Tramp “Otsma Yehudit” partiyasının lideri və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin, eləcə də “Dini Sionizm” partiyasının sədri, maliyyə naziri Bezalel Smotriçin yeni hökumətin tərkibinə daxil edilməməsinə çalışır.

Mənbələrin məlumatına görə, ABŞ lideri Netanyahunu inandırmaq niyyətindədir ki, gələcək koalisiyada bu şəxslərə yer verilməsin. Ağ Evin bu addımı regionda sülh prosesinin canlandırılması və ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması planları ilə birbaşa bağlıdır.

Belə ki, Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb dövlətləri Vaşinqtona açıq şəkildə bildiriblər ki, Netanyahunun hakimiyyətdə qalacağı və radikal fiqurların hökumətdə təmsil olunacağı təqdirdə İsraillə münasibətlərin normallaşdırılması istiqamətində heç bir irəliləyiş əldə olunmayacaq. Bu səbəbdən Trampın baş nazir postunda rotasiya mexanizmini və ya siyasi razılaşma əsasında Netanyahunun gələcəkdə istefaya getməsini ehtiva edən variantları nəzərdən keçirdiyi iddia edilir.

Mövcud razılaşmalara əsasən, Tramp ilə Netanyahu prezidentlik müddətinin qalan ilk illərində əsas diqqəti məhz İran istiqamətinə yönəltməyi planlaşdırırlar. Daha sonra isə siyasi razılaşmalar çərçivəsində Netanyahunun baş nazir postundan uzaqlaşdırılması məsələsi gündəmə gələ bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*