Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDIbackend

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığını rəsmən elan edib.

KONKRET.az xəbər verir ki, London bu addımın Ukraynaya göstərilən bütün dövrlərin ən böyük maliyyə öhdəliyi olduğunu vurğulayıb. Britaniya hökumətinin açıqladığı yeni yardım paketinin tərkibinə Ukrayna Müdafiə Nazirliyinin xətti ilə qarşıdakı qış mövsümündə ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi üçün dərhal ayrılan 500 milyon funt sterlinq, Ukraynanın maliyyə sabitliyini qorumaq məqsədilə növbəti üç il ərzində nəzərdə tutulan 7 milyard funt sterlinq həcmində birbaşa iqtisadi dəstək, eləcə də əsasən zəruri silahların və hərbi texnikanın alınmasına yönəldiləcək 3 milyard funt sterlinq həcmində UK Export Finance (UKEF) zəmanəti daxildir.

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya rəhbərliyinə bu vaxtında və qətiyyətli addıma görə dərin təşəkkürünü bildirib. Ukrayna lideri qeyd edib ki, bu tarixi paket yalnız ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməyəcək, həm də Rusiyanın müharibəni dayandırmaq məcburiyyətində qalması üçün mühüm təzyiq vasitəsi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*