Hindistan-İran-Ermənistan ticarət dəhlizinin açılması məsələsi müzakirə olunur.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, bu barədə Yerevanda keçirilən “Hindistan-Ermənistan: biznes üfüqlərinin birləşdirilməsi” mövzusunda keçirilən biznes forumu zamanı iqtisadiyyat nazirinin müavini Narek Teryan məlumat verib.
Onun sözlərinə görə, müzakirələr üçtərəfli formatda aparılır: “Bu marşrutdan keçən pilot yüklər də var. Amma istiqamətin sabit olması üçün hələ çox işlər görülməlidir”.
Nazir müavini qeyd edib ki, Hindistan regionda Ermənistana strateji tərəfdaş kimi baxır və bu yanaşma bir çox sahələrdə özünü göstərir.
Hazırda İranın Çabahar limanında erməni şirkətlərinin iştirakının müxtəlif formatlarının müzakirə edildiyini deyən Teryan detalları açıqlamayıb.
Xatirə SADİQ,
KONKRET.az
